Evdə təhsil nədir?

Evdə təhsil - istədiyin təhsil formasını, təlimi öz evində, iş yerində, olduğun məkandan ayrılmadan ala bilməkdir.

Onlayn təhsil nədir və necə olur?

Onlayn təhsil Mövcud kompüter texnologiyalarının köməyi ilə dərsləri dinləyici və müəllimin kursa gəlməsinə ehtiyac olmadan, mövcud kompüter texnologiyalarının köməyi ilə istənilən vaxt tam virtual kurs alması üçün, müasir innovativ bir təhsil sistemidir.

Evdə və onlayn təhsil kimlər ala bilər?

Evdə təhsil və ya onlayn təhsilə istənilən şəxs sağlamlıq problemləri səbəbindən məktəbəqədər, ibtidai təhsil və ya xüsusi təhsil proqramlarından yararlana bilməyən, iş yerini və yaşayış yerini müxtəlif səbəblərdən tərk edə bilməyən hər kəs.

Evdə və onlayn təhsil üçün necə müraciət edə bilərəm?

Evdə və ya onlayn təhsil almaq üçün evdetehsil.az saytına daxil olursunuz şagird qeydiyyat formasını doldurub göndərirsiniz. Bizim tərəfdən seçilən menecer isə 24 saat ərzində sizinlə əlaqə saxlayıb dərs cədvəli qurur.

Evdə və ya onlayn təhsilin üstünlükləri nədir?

Hər bir dinləyiciyə öz öyrənmə sürətində oxumağa imkanı və dərs proqramlarının sürətli, asan əldə edilməsi, olduğunuz yeri tərk etmədən, zaman itirmədən, nəqliyyat, və qidalanma kimi əlavə xərclərdən azad olursunuz.

Müəllim olaraq sizinlə əməkdaşlıq etmək üçün necə müraciət edə bilərəm?

evdetehsil.az saytına daxil olursunuz müəllim qeydiyyat formasını doldurub göndərirsiniz. Müraciət etdiyiniz ixtisasa uyğun vakansiya olduqda sizinlə əlaqə saxlanılacaq.

Online təhsil almaq üçün bizdən tələb olunan nədir?

Keyfiyyətli online təhsil xidmətindən yararlanmaq üçün sizdən sadəcə sürətli internet və istənilən smartfon və ya kopyüterinizin olması.

Valideyn olaraq dinləyicinin dərslərini necə oxuması və dərsə münasibəti haqqında məlumatı necə əldə edə bilərik?

  • Hər dərs bitdikdən sonra müəllim dinləyici haqqında qeydlərini evdətəhsil.az daxilində elektron jurnalına dinləyicin hazırlığı haqqında məlumatları doldurur.
  • Biz sizlər üçün hər ayın sonunda isə hesabat təqdim edirik.

Evdə təhsilə başlamaq üçün valideyn nələrə diqqət etməlidir?

  • Hər dərs bitdikdən sonra müəllim dinləyici haqqında qeydlərini evdetehsil.az daxilində elektron jurnalına dinləyicin hazırlığı haqqında məlumatları doldurur.
  • Biz sizlər üçün hər ayın sonunda isə hesabat təqdim edirik.