​16 oktyabr tarixi üçün nəzərdə tutulan PEŞƏ teledərsləri

Evdə Təhsil layihəsinin ənənələrinə sadiq qalaraq, elm və peşə sahələrindən sizi xəbərdar etməkdə davam edirik. Peşə təhsilinin günümüzdə nə qədər vacib olduğunu xatırlatmağa yəqin ki, ehtiyac yoxdur. Əhəmiyyətli olan peşə sahələri ilə maraqlanan, öyrənmək istəyən şəxslər üçün teledərslər davam edir. 16 oktyabr 18:10-dan etibarən “ARB Günəş” televiziya kanalında yayımlanacaq “Dərs vaxtı” vasitəsilə sahibkarlıq, toxuculuq, qrafik dizayn, videoqrafiya və s. sahələrinə aid yeni biliklər əldə edə bilərsiniz.

Elə isə, əziz təhsil alanlar, ekranlara yaxın əyləşin. “Dərs vaxtı”nın cədvəlini sizə təqdim edirik.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından, eləcə də Təhsil Nazirliyinin video dərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.