Evdə təhsil layihəsi Hədəf Şirkətlər qrupuna daxil olan EDUHEK MMC-nin (təhsildə hədəf konsepti) daxilində yaradılmışdır.

Təhsil sahəsində 12 illik təcrübəyə söykənərək Azərbaycanda ilk dəfə Evdə təshil və online (məsafədən) təhsil layihəsini həyata keçirməyə başlamışdır. Layihənin 2 istiqaməti var:

  1. Ənənəvi şəkildə – bu zaman bizim müəllimlər sizin evinizə gələrək, razılaşdırılmış müddət və şərtlərlə sizə və ya övladınıza üz-üzə dərs keçir.
  2. Onlayn şəkildə – bu zaman biz sizə və ya övladınıza istədiyiniz təhsili onlayn şəkildə təmin edirik. Hər dərs bitdikdən sonra müəllim dinləyici haqqında qeydlərini elektron jurnalına doldurur. Biz isə sizin üçün ayın sonunda hesabat təqdim edirik.

Evdə təhsil  və məsafədən təhsil layihəsi son illər, zamanla ayaqlaşmaq üçün bəzən yerimizi dəyişmədən, daha asan əldə etməyimiz və valideynlərin, iş adamlarının istəklərini nəzərə alaraq yaradılmışdır.

Digər tərəfdən də bəzən bu prosesi yerinə yetirmək üçün imkanımız olmur. Buna səbəb fiziki sağlamlığımız, maddi imkanımız, zamanımız, rahatlığımızı pozmamaq istəyimiz kimi amilləri göstərə bilərik. Məqsədimiz bütün bunları nəzərə alaraq sizlərə olduğunuz məkanı tərk etmədən istədiyiniz istiqamət üzrə təhsil verməkdir.

12 illik təhsil fəaliyyətimiz, qazandığımız etibar və əldə edilən nəticələrimiz imkan verir ki, bu layihəni ən yüksək səviyyədə reallaşdıra bilək. 

Evdə təhsil layihəsində sizlərə yönlədirəcəyimiz müəllimlər xüsusi həssalıqla seçilir.

Müəllimlər bir neçə mərhələli imtahandan keçdikdən sonra evdə təhsil vermək üçün qeydiyyata götürülür.

Evdə təhsil layihəsində, evdə təhsil vermək üçün müəllimlər aşağıda sadalanan mərhələlərdən yazılı və şifahi olaraq imtahan olunur.

Müəllimin ixtisas bilikləri, təcrübəsi, xasiyyəti və xarakteri, sağlamlığı, psixoloji durumu və s.

Öyrənmənin sərhəddi yoxdur, ona görə bizim də təqdim etdiyimiz bu konseptdə sizə sərhəd tanımırıq.

Sizə təqdim etdiyimiz xidmətlərdən yararlanaraq istədiyiniz fənni, sənəti öyrənə, müəllimlərimizlə birlikdə imtahanlara hazırlaşa bilərsiniz. Bütün bu imkanları evdən, işdən, olduğunuz məkandan ayrılmadan sizin üçün təşkil edirik. Artıq sizin kurs axtarmağınıza, evlərə – müəllimin yanına getməyinizə ehtiyac qalmır. Təhsil almaq istədiyiniz istiqamətləri sizə daha əl çatan etdik.

Öyrətmək üçün bizim təcrübəli müəllimlərimiz sizə gəlir…

XİDMƏTLƏRİMİZ 
  • Məktəbəqədər hazırlıq
  • İbtidai sinif (1-4) şagirdlərinin ev tapşırıqlarına köməklik göstərilməsi
  • Orta sinif (5-8) şagirdlərinin ev tapşırıqlarının həll edilməsi
  • Abituriyent hazırlığı (9-11) siniflər
  • Buraxılış imtahanlarına hazırlıq
  • Məntiq dərsləri
  • Xarici dil dərsləri
  • IELTS, TOEFL hazırlığı
  • Magistr imtahanına hazırlıq
  • Müəllimlərin İşə Qəbulu imtahanına hazırlıq (MİQ)
  • Direktor imtahanına hazırlıq (müsabiqə və mühasibə)
  • Dövlət Qulluğu imtahanına hazırlıq (müsabiqə və müsahibə)
  • Kompüter dərsləri
  • Sənət və peşə hazırlığı
  • Rəqs dərsləri