Evdə təhsil  –  istədiyin təhsil formasını, təlimi öz evində, iş yerində, olduğun məkandan ayrılmadan ala bilməkdir. Bunun üçün biz bütün seçimləri bir araya toplayaraq, bu tədris foramsını sizlərə təqdim etməyi düşünürük. Çünki həyatın axarından asılı olmayaq. Həyatımızda nə baş versə də, təhsil əvəzolunmaz və qaçılmaz olaraq qalır. İnsan daima öyrənməyə kodlaşdırılmışdır. Biz istəsək də, istəməsək də günün tələbi insanları buna məcbur edir. Yaşamaq üçün nələrisə öyrənməliyik, daha yaxşı yaşamaq üçün çox şeyi öyrənməliyik, ürəyimiz istədiyi kimi yaşamaq üçün ürəyimiz istədiyimiz şeyləri öyrənməli və bundan yararlanmalıyıq. Bunun üçün də bizim “Evdə Təhsil” konsepti sizə bu imkanları təqdim edir.

         Evdə təhsil konseptinə niyə ehtiyac var?

Dünyamız elə sürətlə inkişaf edir ki, indi insanlar üçün ən dəyərli məfhum zamandır. Bu zamanla ayaqlaşmaq üçün bəzən yerimizi dəyişmədən, tərpənmədən daha asan əldə etməyimiz bir şərtdir. Digər tərəfdən də bəzən bu prosesi yerinə yetirmək üçün imkanımız olmur, buna səbəb fiziki sağlamlığımız, maddi imkanımız, zamanımız, rahatlığımızı pozmamaq istəyimiz kimi amillər ola bilər. Onun üçün də hər hansı bir vəziyyətdən asılı olmayaraq, biz sizə istədiyiniz məkanda təhsil almağınız üçün yeni və etibarlı imkanlar təqdim edirik. 12 illik təhsil fəaliyyətimiz, qazandığımız etibar və əldə edilən nəticələrimiz imkan verir ki, bu layihəni ən yüksək səviyyədə reallaşdıra bilək. 

         Evdə təhsil konsepti iki istiqamətdə aparılır:
  1. Ənənəvi şəkildə – bu zaman bizim müəllimlər sizin evinizə gələrək, razılaşdırılmış müddət və şərtlərlə sizə və ya övladınıza üz-üzə dərs keçir.
  2. Onlayn şəkildə – bu zaman biz sizə və ya övladınıza istədiyiniz təhsili onlayn şəkildə təmin edirik. Hər ayın sonunda isə hesabat təqdim edilərək bilgiləndirilirsiniz.

Öyrənmənin sərhəddi yoxdur, ona görə bizim də təqdim etdiyimiz bu konseptdə sizə sərhəd tanımırıq. Belə ki, 5 yaş və üzəri üçün mümkün ola biləni, bizim seçilmiş mütəxəssislər sizin üçün əlçatan edəcək. Məsələn, yaşadığınız evi 2-3 saatlığına tərk edirsiniz. Amma övladınızın  boş zaman keçirməməsi üçün ona bu müddətdə nəsə öyrədəcək, gününü səmərəli və əyləncəli təşkil edəcək bir müəllim lazımdır. Çünki siz övladınıza hər zaman özünüz baxırsınız. Bu gün isə sadəcə 2-3 saatlıq dəstəyə ehtiyacınız yaranır. Bu zaman biz varıq. Etibarımız etibar, işimiz işdir!

Və yaxud sizin fiziki imkanlarınız mütəmadi olaraq harasa gedib-gəlməyə imkan vermir, lakin siz yaşamaq üçün bir peşə sahibi olmalısınız ki, dolanışığınızı təmin edəsiniz. Bilirsiniz ki, bu gün dünyada evdən idarə olunan işlər üçün yetərincə peşələr var: dizaynerlik, mühasibatlıq, menecerlik, SMM xidməti, çağrı mərkəzi, çatdırılma xidmətləri və s. Biz bunun üçün sizə mütəxəssis ayırırıq, siz hər hansı bir peşəni öyrənir, daha sonra isə biliyinizi sata bilirsiniz.

Hər hansı yüksək bir vəzifədə işləyirsiniz, kurslara getmə imkanınız yoxdur və ya siz bunu özünüz istəmirsiniz. Bunun üçün də işdə gündə bir neçə saat vaxtınızı ayırmaqla dil, kompüter proqramlarını rahatlıqla öyrənə bilərsiniz.