Onlayn təhsil mövcud kompüter texnologiyalarının köməyi ilə dərsləri dinləyici və müəllimin kursa gəlməsinə ehtiyac olmadan, mövcud kompüter texnologiyalarının köməyi ilə istənilən vaxt tam virtual kurs alması üçün, müasir, innovativ bir təhsil sistemidir.

Onlayn təhsil, canlı dərs ilə yanaşı tətbiq olunan dərs növüdür. İkinci dərəcəli təhsil sistemi deyil. Əksinə, illərdir dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və ən son ölçmə və qiymətləndirmə metodlarından istifadə edilən ən müasir təhsil sistemidir.

Niyə onlayn təhsil? Onlayn təhsilin üstünlüyü nədir?
  1. Sağlamlıq problemi olan tələbələr üçün təhsil imkanları təmin edir.
  2. Geniş bir kütləyə təhsil xidmətləri göstərə biləcək bir təhsil sistemidir.
  3. Zaman və məkandan asılı olmayaraq istədiyiniz istiqamət üzrə təhsil ala bilərsiniz.
  4. Hər hansı smartfon və ya kompüter vasitəsilə qoşularaq istədiyiniz təhsili ala bilərsiniz.
  5. Ənənəvi təhsildən faydalana bilməyən insanlar üçün əvəzolunmazdır.
  6. Yaşadığınız məkanı dəyişməyinizdən asılı olmayaraq, uyğun saatda dərsə qoşula bilirsiniz.
  7. İşləyən şəxslər üçün təhsillərini davam etdirmək şansı verir.
  8. Hər bir dinləyiciyə öz öyrənmə sürətində oxumağa imkan verir.
  9. Məlumatın sürətli və asan əldə edilməsini təmin edir.
  10.   Canlı təhsil zamanı tələb olunan nəqliyyat, yaşayış və qidalanma kimi əlavə xərcləri aradan qaldırır.

Keyfiyyətli online təhsil xidmətindən yararlanmaq üçün sizin sadəcə sürətli internetə ehtiyacınız var…

Xüsusi olaraq onlayn təhsil kimə uyğundur?

Onlayn təhsil hər kəsə uyğundur və həyat tərzinizi dəyişdirmədən təhsil almaq hüququ verir.

Şəhər xaricində yaşayan, nəqliyyat çətinliyi çəkən dinləyicilər üçün əlavə xərclərdən azad edir.

Bu kimi çatışmazlıqlar online təhsil sistemində heç bir problem yaratmır. Bir tərəfdən iş həyatınızı davam etdirərkən, digər tərəfdən təhsilinizi davam etdirə bilərsiniz və ya təhsil həyatını başqa hər hansı bir şəhərdən kursa getmədən, nəqliyyat çətinliyi olmadan öz evinizdən davam etdirə bilərsiniz.