Məktəblərdə TƏTİL elan olunur

Son günlər COVİD-19 koronavirusuna yoluxmaların artması səbəbindən 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur. Qeyd olunan qərar özəl kurs və repititorlara aid deyil.

Tətil müddətində məktəblərdə əyani təhsillə bərabər olaraq, onlayn təhsil prosesi də dayandırılır.  “İrəlidə olan tətil günlərini istifadə edirik, tədris müddəti azaldılmır” – deyə təhsil naziri Emin Əmrullayev brifinq zamanı çıxışında qeyd edib. 

Rəqəmlərin daha da artmasını gözləmədən müvafiq tədbirlər həyata keçirilməlidir. Unutmaq olmaz ki, COVİD-19 ilə mübarizə də ORDUYA dəstəyin bir formasıdır.